Tayvan: Adanın ətrafında 27 Çin təyyarəsi və 7 gəmi aşkar edilibbackend

Tayvan: Adanın ətrafında 27 Çin təyyarəsi və 7 gəmi aşkar edilib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Tayvan Müdafiə Nazirliyi dünən axşamdan bu gün səhərədək adanın ətrafında Çinin 27 hərbi təyyarəsi və 7 döyüş gəmisinin aşkar edildiyini bildirib.

NOCOMMENT.az xəbər verir ki, Nazirliyin açıqlamasında, 27 təyyarədən 13-nün tərəflərin təsir zonalarını məhdudlaşdırdığı güman edilən Tayvan boğazında hava və dəniz xətlərini keçdiyi və Tayvanın “Hava Hücumundan Müdafiə Müəyyənetmə Zonası” elan etdiyi ərazinin üzərindən uçduğu bildirilib.

Açıqlamada 3 “SU-30”, 4 “J-10”, 2 “J-16” döyüş təyyarəsi, “Y-8 ASW” tipli dəniz patrulu, “Y-8 EW” tipli erkən xəbərdarlıq və “Y- 8 RECCE” ” tipli kəşfiyyat təyyarəsi və “BZK-005” tipli silahsız pilotsuz uçan aparat Tayvan boğazında nominal “orta xətt”in arxasına keçib.

NOCOMMENT.AZ