Tayvan Çinin yaxın illərdə adayı işğal edəcəyindən şübhələnirbackend

Tayvan Çinin yaxın illərdə adayı işğal edəcəyindən şübhələnir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Yaxın illərdə Çinin Tayvanı işğal etməsi ehtimalı azdır. 

NOCOMMENT.az xəbər verir ki, bunu adanın Milli Təhlükəsizlik Şurasının rəhbəri Vellinqton Koo “Bloomberg”ə müsahibəsində belə bir ssenariyə şübhə edib.

“Mən bunun yaxın gələcəkdə və ya ən azı bir-iki il ərzində baş verəcəyini düşünmürəm. Əgər Çin Tayvanı ələ keçirmək üçün amfibiya əməliyyatları keçirməlidirsə, 2027-ci ilə qədər onun bu qabiliyyətə malik olacağını düşünmürəm”, – deyə o bildirib.

Təhlükəsizlik Şurası rəhbərinin sözlərinə görə, Tayvan rəhbərliyi də Çinin mümkün işğala hazırlaşmasına dair heç bir əlamət görmür.