Tayvan HMS-ləri hazır vəziyyətə gətirdibackend

Tayvan HMS-ləri hazır vəziyyətə gətirdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Çin Xalq Azadlıq Ordusunun 22 təyyarəsi cümə axşamı Tayvanın hava hücumundan müdafiə zonasına daxil olub.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Tayvan MN məlumat yayıb.

Bildirilib ki, Çin səkkiz J-11 qırıcısı, iki J-16 və 12 Su-30 göndərib.

Tayvan isə vəziyyəti izləmək üçün hava patrulu təyyarəsini göndərib və zenit-raket sistemlərini hazır vəziyyətə gətirib.

Qeyd edə ki, Çinin Tayvan ətrafında genişmiqyaslı təlimi cümə axşamı start götürüb.