Tayvan Hökuməti müdafiəni gücləndirəcəyini bildiribbackend

Tayvan Hökuməti müdafiəni gücləndirəcəyini bildirib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Adanın baş icraçı direktoru Lay Qingde bildirib ki, Tayvan müdafiəsini gücləndirməyə davam edəcək və ABŞ-ın keçmiş prezidenti Ronald Reyqanın “Güc vasitəsilə sülh” ideyasına əməl edəcək.

NOCOMMENT.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

“Mən ABŞ-ın keçmiş prezidenti Reyqanın baxışlarına böyük hörmətlə yanaşıram. Bu səbəbdən gələcəkdə islahatları davam etdirməyi planlaşdırıram”, – deyə Tayvan administrasiyasının rəhbəri izah edib.

Qingdenin sözlərinə görə, ada dövləti həm də dünyanın digər ölkələrinə “evini qorumaqda qətiyyətlilik” göstərmək üçün müdafiə qabiliyyətini artırmaq niyyətindədir.

O, həmçinin əlavə edib ki, Tayvan ABŞ və digər həmfikir ölkələrlə əməkdaşlığı gücləndirməyə davam edəcək. Tayvan lideri əmin edib ki, belə bir yanaşma “regional sülhün, sabitliyin, rifahın və inkişafın” qorunmasına kömək edəcək.