Tayvanın müdafiə nazirliyi, adanın yaxınlığında Xalq Azadlıq Ordusuna aid 20 təyyarə və digər təyyarələrin uçduğunu bildirdi.
NOCOMMENT.az xəbər verir ki, bu barədə dövlət departamentindən açıqlama vverilib.
Bildirilib ki, onlar Tayvan boğazının median xətti adlanan ərazini keçərək adanın hava hücumundan müdafiə identifikasiya zonasına daxil olublar. Onların arasında J-10, J-11, J-16, Su-30 qırıcıları, H-6 strateji bombardmançı təyyarələr, KJ-500 erkən xəbərdarlıq təyyarələri, Y-8 və Y-9 çoxməqsədli təyyarələr, həmçinin pilotsuz uçuş aparatları olub.