Tayvana səfər edən ABŞ senatoru ‘silah satışını sürətləndirmə’ sözünü verdibackend

Tayvana səfər edən ABŞ senatoru ‘silah satışını sürətləndirmə’ sözünü verdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Çinlə suverenlik münaqişəsində olan Tayvana səfər edən ABŞ Senatının  üzvü Con Hoeven adaya silah satışı üçün prosesin və təsdiq müddətinin sürətləndirilməsi sözünü verdi.

NOCOMMENT.az xəbər verir ki, Tayvanın CNA agentliyinin məlumatına görə, Şimali Dakota ştatından respublikaçı senator Hoeven Tayvanın lideri Tsai İnq-ven ilə görüşüb.

Senator Hoeven, görüşdə Çinin Adadakı son hərbi təhdidləri və təzyiqlərindən narahat olduqlarını bildirdi.

O, Tayvanın ABŞ-dan aldığı silah sistemlərinin çatdırılmasını sürətləndirmək üçün çalışacağını bəyan edib.

NOCOMMENT.AZ