Tayvana yaxınlaşan 23 Çin təyyarəsi qeydə alınıbbackend

Tayvana yaxınlaşan 23 Çin təyyarəsi qeydə alınıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Tayvan silahlı qüvvələri 24 saat ərzində adaya yaxınlaşan Xalq Azadlıq Ordusunun (XQO) 23 təyyarəsi və 7 gəmisini qeydə alıb.

NOCOMMENT.az xəbər verir ki, bu barədə adanın müdafiə departamenti məlumat yayıb.

19 təyyarənin Tayvan boğazının median xəttini keçərək adanın şərq və cənub-qərb hissəsində hava hücumundan müdafiə identifikasiyası zonasına daxil olduğu dəqiqləşib.

Hədəfləri izləmək üçün Tayvan ordusu təyyarələrdən, gəmilərdən və yerüstü zenit-raket sistemlərindən istifadə edib.