Tayvanda güclü zəlzələdə ölənlərin sayı artıbbackend

Tayvanda güclü zəlzələdə ölənlərin sayı artıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Tayvanda zəlzələ nəticəsində ölənlərin sayı 10-a çatıb.

NOCOMMENT.az xəbər verir ki, bu barədə fəlakət nəticələrinin aradan qaldırılması üzrə fövqəladə hallar qərargahının hesabatında bildirilib.

1106 sakin yaralanıb, 705 nəfər çətin əldə edilən ərazilərdə yardım gözləyir. Onlardan 500-dən çoxu Taroko Milli Parkının dağlıq ərazilərindədir. Həmçinin 18 nəfər hələ də itkin sayılır.

Xatırladaq ki, Tayvanda 7,4 maqnitudalı zəlzələ baş verib. Bu, son 25 ilin ən güclü zəlzələsidir. Yeraltı təkanların episentri Hualyan şəhərindən təxminən 18 kilometr cənubda yerləşib. Bu, insanların az məskunlaşdığı dağlıq bölgədir. Yeraltı təkanlar paytaxt Taybeydə də hiss olunub.