Tayvanda yeni hökumət quruldubackend

Tayvanda yeni hökumət quruldu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Çinlə suverenlik münaqişəsində olan Tayvanda keçmiş baş nazir Su Tsenq-çanqın kabinet istefasından sonra yeni hökumət formalaşıb.

NOCOMMENT-in verdiyi məlumata görə, keçmiş baş nazir Su Tsenq-çanqın istefasından sonra baş nazir vəzifəsinə təyin edilmiş keçmiş vitse-prezident Çen Çien-jenin rəhbərlik etdiyi hökumət işə başlayıb.

Çen 2016-2020-ci illərdə Tayvan lideri Tsay İnq-venin müavini olub.

Keçmiş baş nazir Su, hakim Demokratik Tərəqqi Partiyasının (DPP) 2022-ci ilin noyabrında keçirilən yerli seçkilərdə məğlub olmasından sonra hökumət dəyişikliyinə zəmin yaratmaq üçün yanvarın 19-da istefa ərizəsini təqdim edib.

Hakim partiya 1986-cı ildə yarandığı vaxtdan bəri ən pis göstəriciyə malik olub, yerli seçkilərdə 22 bələdiyyədən yalnız 5-də qalib gəlib. Ana müxalifət Milliyyətçi Partiyası (Koumintang) 14 bələdiyyəni qazanaraq aşkar üstünlük əldə edib.

Tsay seçkilərdəki məğlubiyyətdən sonra partiyasının lideri vəzifəsindən istefa verib.

Yeni kabinetin 2024-cü ildə adanın rəhbər seçkilərinə qədər vəzifəsində qalacağı gözlənilir.