Gürcüstan hakimiyyəti konstitusiyadan ölkənin Avropa İttifaqı və NATO-ya inteqrasiya istəyini nəzərdə tutan maddəsini çıxarmaq və ya dəyişdirmək niyyətində deyil.
NOCOMMENT.az xəbər verir ki, bunu respublikanın baş naziri İrakli Kobaxidze deyib.
Məlumdur ki, Aİ və Şimali Atlantika Alyansına inteqrasiya Gürcüstan Konstitusiyasının 78-ci maddəsində nəzərdə tutulub.
“Qətiyyətlə deyə bilərəm ki, biz 78-ci maddəni nə çıxarmaq, nə də ona dəyişiklik etməyi planlaşdırmırıq”, – Kobaxidze bildirib.