Tbilisi məhkəməsi “xarici agentlər haqqında” qanuna etiraz edənə 9 il həbs veribbackend

Tbilisi məhkəməsi “xarici agentlər haqqında” qanuna etiraz edənə 9 il həbs verib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Tbilisi Şəhər Məhkəməsi ötən il “xarici agentər haqqında” qanun layihəsi ilə əlaqədar keçirilən aksiyalar zamanı saxlanılmış yeganə etirazçı ilə bağlı yekun qərarını bəyan edib.

NOCOMMENT.az apa-ya istinadən xəbər verir ki, məhkəmə 23 yaşlı Lazare Qriqoriadisə 9 il həbs cəzası verib. O, 2023-cü il 7-9 mart tarixlərində baş vermiş etirazlar zamanı polisə “Molotov kokteyli” atmaqda, həmçinin polis maşınına od vurmaqda ittiham edilib. Hakim Zviad Şaraşadze onu hər iki ittiham üzrə müqəssir hesab edib.

Qriqoriadisin ailə üzvləri əfv üçün dərhal Prezident Salome Zurabişviliyə müraciət edəcəklərini bildiriblər. Gürcüstanın bəzi vətəndaş cəmiyyəti fəalları hökmün Tbilisidə gələn həftədən etibarən planlaşdırılan nümayişlərdən əvvəl verilməsinin məqsədyönlü olduğunu bildiriblər.