Tbilisidə AXC qurucularının məzarları ziyarət olunub – FOTObackend

Tbilisidə AXC qurucularının məzarları ziyarət olunub – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Tbilisidə Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) yaranmasının 104-cü ildönümü günündə ilk respublikanın qurucularından olan Fətəli xan Xoyski və Həsən bəy Ağayevin xatirələri anılıb.

NOCOMMENT.az “Report”a istinadən xəbər verir ki, Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev, hərbi attaşe, polkovnik-leytenant Fuad İbrahimov, səfirlik və hərbi attaşe aparatının əməkdaşları Tbilisi Nəbatat Bağında azərbaycanlıların panteonunda cümhuriyyət dövrünün görkəmli ictimai-siyasi xadimlərinin məzarlarını ziyarət ediblər.

AXC banilərinin xatirəsi ehtiramla yad edilib, qəbirləri üstünə gül dəstələri düzülüb.

28 May – Müstəqillik Günü münasibətilə öncə Tbilisidə Heydər Əliyev adına parkda ümummilli liderin büstü, Rustavi şəhərindəki abidəsi ziyarət olunub. Gürcüstan paytaxtında Heydər Əliyev adına sahil boyunda yerləşən stelanın önünə də çiçəklər qoyulub.