Noyabrın 28-dən Tbilisidə keçirilən kütləvi etirazlar zamanı 143 hüquq-mühafizə orqanı əməkdaşı yaralanıb.
NOCOMMENT.az apa-ya istinadən xəbər verir ki, bu barədə Gürcüstanın Daxili İşlər Nazirliyi məlumat yayıb.
Bundan əlavə, bu müddət ərzində 293 nəfər saxlanılıb.
Qurum bildirib ki, aksiyalarda qanunsuz hərəkətlərə yol verən qruplar müəyyən edilib.
Daxili İşlər Nazirliyi etirazçıları bir daha zorakılıqdan çəkinməyə çağırıb.