Tbilisidə otel işçilərini silahla hədələyən şəxs saxlanılıbbackend

Tbilisidə otel işçilərini silahla hədələyən şəxs saxlanılıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Gürcüstan Daxili İşlər Nazirliyinin əməkdaşları Tbilisinin mərkəzində yerləşən “Holiday İnn” otelində otaqda özünü bağlayan və əməkdaşlarını silahla hədələyən şəxsi saxlayıb.

NOCOMMENT.az xəbər verir ki, bu barədə məlumatda bildirilir.

Daxili İşlər Nazirliyindən verilən məlumata görə, 112 İctimai Təhlükəsizliyə Nəzarət Mərkəzinə mehmanxanada silahlı şəxsin olması barədə məlumat daxil olub.

“Daxili İşlər Nazirliyinin əməkdaşları məlumat daxil olandan dərhal sonra reaksiya veriblər. Müvafiq bölmələr, o cümlədən patrul polisi, kriminal polis və Xüsusi təyinatlılar şöbəsinin əməkdaşları tez bir zamanda hadisə yerinə gəliblər. Gələn zaman otelin nömrələrindən birində bir nəfərin kilidləndiyini və otel işçilərini öldürməklə hədələdiyini müəyyən ediblər”.

Hüquq-mühafizə orqanlarının əməkdaşları təqsirləndirilən şəxsi hadisə yerində saxlayıb. Onun barəsində “Təhlükə etmə” və “Qanunsuz olaraq odlu silah əldə etmə, saxlama və gəzdirmə” maddələri ilə cinayət işi açılıb. Onu üç ilə qədər həbs gözləyir.