Gürcüstanın paytaxtı Tbilisidə parlament binası yaxınlığında nümayişçilərlə polis arasında toqquşmalar qeydə alınıb.
NOCOMMENT.az xəbər verir ki, bu barədə report yerli KİV-ə istinadən məlumat yayıb.
Qanunvericilik binasının hər iki tərəfində gərgin vəziyyət yaşanır. Polis parlamentin xidməti girişlərinə keçmək istəyən etirazçıları sıxışdırıb çıxarmağa çalışır. Hüquq-mühafizə orqanlarının əməkdaşları bibər qazından istifadəyə məcbur olublar.
Hələlik həbslər qeydə alınmayıb.
Qeyd edək ki, Gürcüstanın Baş naziri İrakli Kobaxidzenin Avropa İttifaqı ilə üzvlük danışıqlarını 2028-ci ilin sonunadək dayandırmaq qərarından sonra müxalifət tərəfdarları parlament binasının və hakim partiyanın mərkəzi ofisinin qarşısına toplanıblar.