TDT-nın Fövqəladə Zirvə Toplantısı başlayıbbackend

TDT-nın Fövqəladə Zirvə Toplantısı başlayıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Prezident Rəcəb Tayyib Ərdoğanın ev sahibliyi ilə Ankarada Türkiyə Dövlətləri Təşkilatının Fövqəladə Zirvə Toplantısı “Fəlakət-Fövqəladə Halların İdarə Edilməsi və Humanitar Yardım” mövzusu ilə keçirilir.

NOCOMMENT xəbər verir ki, toplantıda Azərbaycan Prezidenti İlham Əliyev, Qazaxıstan Prezidenti Kasım Cömert Tokayev, Qırğızıstan Prezidenti Sadır Çaparov, Özbəkistan Prezidenti Şövkət Mirziyoyev, ŞKTC Prezidenti Ersin Tatar, Macarıstanın Baş naziri Viktor Orban və Türkmənistan Milli Şurasının Xalq İşləri üzrə rəhbəri Qurbanqulu Berdiməhəmmədov iştirak edib.

Yaşanan böyük zəlzələlərlə bağlı Türkiyə ilə həmrəylik məqsədilə keçirilən sammitdə fəlakətlər və onların nəticələri ilə mübarizədə əməkdaşlığın inkişafı ilə bağlı məsələlər müzakirə olunacaq, ortaq gündəmdə olan məsələlər ətrafında fikir mübadiləsi aparılacaq.

Prezident Ərdoğan sammit çərçivəsində həmkarları ilə də ikitərəfli görüşlər keçirəcək.