TƏBƏSSÜM yadda qalmağınıza kömək edirbackend

TƏBƏSSÜM yadda qalmağınıza kömək edir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bir təbəssümlə yadda qalmaq daha asandır.

NOCOMMENT.az xəbər verir ki, insanlar şəkillərdə  gülümsəyən və ya digər emosinal duyğularını göstərən zaman başqalarının yaddaşında daha tez qalırlar. Belə ki, mütəxəssislər bu nəticəyə fotoşəkillər ilə aparılan təcrübələrdən sonra gəliblər.

Bu barədə Britaniya alimləri İngilis psixologiya jurnalında da məlumat veriblər. Onlar qeyd ediblər ki, gülümsəmə də daxil olmaqla emosional duyğular bəlli edilməyən şəkillər başqalarının yaddaşında qalmır.

Həmçinin elm adamları sənədlərdə olan şəkil standartlarını dəyişdirməklə insanların daha asan tapıla biləcəyini bildiriblər.