TƏBİB-in tabeliyindəki İnnovasiya və Təchizat Mərkəzi göz əməliyyatlarının icrasında istifadə olunan tibbi təyinatlı vasitələr alır.
NOCOMMENT.az İqtisadiyyat.az-a istinadən xəbər verir ki, bununla bağlı elan edilən tender yekunlaşıb və tenderin qalibi “Avant Garde Pharma” MMC olub.
Mərkəz sözügedən şirkətlə dəyəri 2.777.561,56 manat olan müqavilə bağlayıb.