TƏBİB Cəlilabad xəstəxanasının həyətində çəkilən görüntülərlə bağlı açıqlama verdibackend

TƏBİB Cəlilabad xəstəxanasının həyətində çəkilən görüntülərlə bağlı açıqlama verdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“E-təbib mobil tətbiqi istifadə olunur. Vətəndaşlara SMS şəklində cavab getmir və getməyəcək. Mobil tətbiqi vasitəsilə FİN kod tələb olunacaq və nəticələr ordan tələb olunacaq”.

NOCOMMENT.az xəbər verir ki, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Xəstəliklərin kontrolu və profilaktikası şöbəsinin müdiri Yaqut Qarayeva Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində deyib.

TƏBİB rəsmisi bildirib ki, proqram yeni olduğundan müəyyən texniki problemlər ola bilər. Ancaq bu da yaxın günlərdə aradan qaldırılacaq.

Y.Qarayeva COVID-19 xəstəxanalarında olan tibbi tullantıların məhv edilməsi ilə bağlı məsələnin diqqətdə olduğunu qeyd edib.

O əlavə edib ki, tibbi tullantılarla bağlı Cəlilabad Rayon Mərkəzi Xəstəxanasının həyətində çəkilən görüntülər araşdırılıb və təkrar olunmaması üçün tədbirlər görülüb.