TƏBİB-də nə baş verir? – Tender və səhiyyəyə ayrılan milyonların hesabıbackend

TƏBİB-də nə baş verir? – Tender və səhiyyəyə ayrılan milyonların hesabı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Son günlər Tibbi ərazi Bölmələrini İdarəetmə Birliyində (TƏBİB) baş verənlər ölkə mətbuatında geniş müzakirələrə səbəb olub.

NOCOMMENT.az-ın əldə etdiyi məlumata görə, TƏBİB daxilində ciddi çaxnaşmalar baş verir. Son bir neçə il ərzində TƏBİB və ona tabeli qurumları arasında avdanlıq və mal-materialların satınalnması ilə bağlı keçirilən dövlət sifarişli tenderlərin ciddi nəzarətə götürülməsi gözlənilir.

Mənbənin bildirdiyinə görə həyata keçirilən tenderlər, dövlət satınalmaları və kotirovka sorğularında iştirak edən şirkətlər, tibb müəssisələrinə rəhbərlərin təyinatı məsələlərinin araşdırılması gündəmdədir.

Eyni zamanda çox gözəl başa düşürlər ki, ölkə başçısı İlham Əliyev ölkənin səhiyyə sistemini bu şəxslərə etibar edib və etimadın doğrulmaması onlar üçün ciddi baş ağrısı ola bilər. TƏBİB-də korrupsiya halları aşkar olunarsa sözügedən qurum rəhbəri Vüqar Qurbanovun taleyinin necə olacağını təsəvvür etmək çətin deyil.

Əslində cari ilin sonuna qədər TƏBİB ilə bağlı yuxarı instansiyalar tərəfindən müəyyən qərarların qəbul edilməsi gözləniləndir.

NOCOMMENT.az