TƏBİB-də yeni təyinat olub – FOTObackend

TƏBİB-də yeni təyinat olub – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) V.Y.Axundov adına Elmi-Tədqiqat Profilaktika İnstitunda elmi işlər üzrə direktor müavini vəzifəsinə təyinat olub.

TƏBİB-dən NOCOMMENT-ə verilən məlumata görə, bu vəzifəyə Akif İrzaxan oğlu Qurbanov gətirilib.

Akif Qurbanov

Tibb üzrə elmlər doktoru, professor Akif Qurbanov Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 13 iyun tarixli Sərancamı ilə “Əməkdar müəllim” adına layiq görülüb.

Bundan öncə, 2005-2011-ci illərdə Azərbaycan Tibb Universiteti, Tibbi Mikrobiologiya və İmmunologiya kafedrasının dosenti, 2012-2019-cu illərdə Azərbaycan Tibb Universiteti, Təhsilin keyfiyyətinin təminatı və innovasiya şöbəsinin müdiri olaraq çalışıb.

Eyni zamanda, Azərbaycan Tibb Universiteti, Elmi Tədqiqat Tədris-Klinik Mikrobiooji Laboratoriya həkimi, Azərbaycan Tibb Universiteti, Tibbi Mikrobiologiya və İmmunologiya kafedrasının professoru, Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyası Ekspert Şurasının üzvü kimi fəaliyyət göstərir.