TƏBİB-dən 5 yaşlı uşağın ölümü ilə bağlı açıqlamabackend

TƏBİB-dən 5 yaşlı uşağın ölümü ilə bağlı açıqlama

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

TƏBİB Şəkidə 5 yaşlı uşağın ölüm səbəbini açıqlayıb.

Qurumdan NOCOMMENT.az-a bildirilib ki, 2018-ci il təvəllüdlü Zəhra Tariel qızı Eyvazlı 20.01.2023-cü il saat 12:30 radələrində Şəki Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım bölməsinə yerləşdirilib. Yerləşdiriləndə hərarəti yüksək (40.3 dərəcə) olub.

“Zəruri tibbi xidmətlər göstərilib. Saat 13:30 radələrində ambulator müalicə üçün evə buraxılıb. Evə buraxılanda hərarəti 37.8 dərəcə olub. 20.01.2023-cü il saat 15:15-də yenidən tibb müəssisəsinin Təcili tibbi yardım bölməsinə yerləşdirilib. Gətirilərkən Z.Eyvazlı aqonal vəziyyətdə olub, tənəffüs çatışmazlığı müşahidə edilib. Temperaturu 35 dərəcə olan pasiyentdə nəbz və təzyiq izlənməyib. Həkimlərin səyinə baxmayaraq, 15:50 radələrində dünyasını dəyişib. Faktla bağlı müvafiq orqanlar tərəfindən araşdırma aparılır” – məlumatda qeyd edilib