TƏBİB-dən ÇAĞIRIŞ: Maska taxın, özünüzü qoruyun!backend

TƏBİB-dən ÇAĞIRIŞ: Maska taxın, özünüzü qoruyun!

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Son aylar bütün dünyada COVID-19 virusuna yoluxma hallarında ciddi artım var. Mövcud vəziyyət bizim ölkəmizə də təsirsiz ötüşmədi. Azərbaycanda son həftələrdə yoluxma hallarında ciddi artım müşahidə edirik. Hazırda ölkəmizdə təşvişə səbəb olacaq vəziyyət yoxdur.

NOCOMMENT xəbər verir ki, bu sözləri TƏBİB-in Strateji inkişaf departamentinin rəhbəri Yaqut Qarayeva bildirib.

Onun sözlərinə görə, epidemioloji vəziyyət sabitdir və nəzarət altındadır. TƏBİB rəsmisi qeyd edib ki, buna baxmayaraq, risk qrupuna aid olan şəxslər özlərini qorumalıdır.

“Qapalı məkanlarda, kütləvi insanların toplandığı yerlərdə maskadan istifadə edilməsini, məsafənin saxlanılmasını və əl gigiyenasına əməl edilməsini tövsiyə edirik. Eyni zamanda koronavirusa qarşı 3-cü doza peyvənd vaxtları gələn şəxslərin payız ayları öncəsi vaksin vurdurması vacibdir”, – deyə Yaqut Qarayeva vurğulayıb.