TƏBİB-dən TÖVSİYƏ: “Az yeyin…”backend

TƏBİB-dən TÖVSİYƏ: “Az yeyin…”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Uzun və sağlam həyatın sirlərindən biri də az yeməkdir”.

 

NOCOMMENT.az bildirir ki, bu barədə “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxs (TƏBİB) məlumat yayıb.

 

Bildirilib ki, az yeməyin müəyyən faydaları var:

 

“Az yemək kalori qəbulunu azaldaraq bədən çəkisinin idarə olunmasına kömək edir, ürək xəstəlikləri, diabet və yüksək qan təzyiqi kimi xəstəliklərin riskini azaldır. Araşdırmalar göstərir ki, az yemək beyin funksiyalarını dəstəkləyir, zehni aydınlıq və konsentrasiyanı artırır. O cümlədən, orqanizmdə oksidativ stresi azaldır və hüceyrələrin yenilənməsini təşviq edir”.

 

Məlumata görə, az yemək həm də həzm sisteminin daha yaxşı işləməsinə şərait yaradır:

 

“Bu, qəbizlik, mədə şişkinliyi və digər həzm problemlərinin qarşısını alır. Az yemək metabolizmi tənzimləyərək bədənin enerji istehlakını daha effektiv hala gətirir. Az yemə vərdişi sağlam və balanslı qidalanma ilə dəstəkləndiyi halda daha təsirli olur. Bununla yanaşı, hər kəsin fərqli qida ehtiyacları olduğunu nəzərə alaraq qida məhdudiyyətləri tətbiq etmədən öncə mütəxəssisdən məsləhət almaq vacibdir”.