TƏBİB-dən Ucar rayon xəstəxanasındakı RÜŞVƏT qalmaqalına AÇIQLAMAbackend

TƏBİB-dən Ucar rayon xəstəxanasındakı RÜŞVƏT qalmaqalına AÇIQLAMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dünən xəbər verdiyimiz kimi, Ucar rayonu, Bərgüşad kənd sakini Məmmərov Əli Sabir oğlu qeyd edib ki, Ucar rayon xəstəxanasında övlad dünyaya gətirən ananı evə gətirmək istəyəndə buraxmayıblar və əvəzində onlardan 500 AZN tələb olunub.

Bu məsələ ilə bağlı olaraq TƏBİB (Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi) NOCOMMENT.az-a açıqlama verib:

“Ucar Rayon Mərkəzi Xəstəxanasında vətəndaşdan 500 AZN tələb edilməsi iddiası ilə bağlı bildiririk ki, sözügedən şəxs Türkmənistan vətəndaşı olub.

“Tibbi sığorta haqqında” Qanuna əsasən Miqrasiya Məcəlləsi ilə tənzimlənən hallar üzrə Azərbaycan Respublikasında müvəqqəti olan, müvəqqəti və ya daimi yaşayan əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə icbari tibbi sığorta şamil edilmir.

Həmin şəxsin aldığı tibbi xidmət TƏBİB-in tabeliyindəki dövlət tibb müəssisələri tərəfindən sığortaolunan hesab edilməyən şəxslərə ödənişli əsaslarla göstərilən tibbi xidmət olub. Bu halda tibbi xidmət alan şəxs aldığı xidmətin haqqını ödəməlidir.

Qeyd edək ki, 39 həftəlik hamilə qadın 11.05.2024-cü il tarixində saat 14:00-da xəstəxanaya daxil olub və doğuş icra olunub. Ana və uşaq sağlam vəziyyətdə 15.05.2024-cü il tarixində evə yazılıb”.

Ucar rayon sakini Məmmərov Əli Sabir oğlunun videovideomüraciətini təqdim edirik: