TƏBİB-dən vətəndaşların səhiyyə sisteminə güvənməməsinə MÜNASİBƏTbackend

TƏBİB-dən vətəndaşların səhiyyə sisteminə güvənməməsinə MÜNASİBƏT

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Bu gün xəstəxanalarda xəstələrə peşəkar xidmət göstərilir. Dövlət səhiyyə inkişafına kifayət qədər diqqət ayırır. Ölkədə yetərli sayda da peşəkar tibbi kadrlar var”.

NOCOMMENT.az xəbər verir ki, bu fikirləri Nazirlər Kabineti yanında Operativ Qərargahın bugün təşkil olunan brifinqində Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı vətəndaşların ölkənin səhiyyə sisteminə inanmamasına münasibət bildirərkən səsləndirib.

TƏBİB sədri qeyd edib ki, fədakar həkimlərə təşəkkür etmək lazımdır.

“Harada qüsur varsa, onu dediyinizə görə də minnətdarlığımızı bildiririk”.