TƏBİB-dən Xalq artistinin ölümü ilə bağlı AÇIQLAMAbackend

TƏBİB-dən Xalq artistinin ölümü ilə bağlı AÇIQLAMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) Xalq artisti Səməd Səmədovin ölümü ilə bağlı açıqlama verib.

NOCOMMENT.az xəbər verir ki, TƏBİB-in ictimaiyyətlə əlaqələr şöbəsinin əməkdaşı Elnarə Baxışın sözlərinə görə Xalq artisti Səməd Səmədov 23 iyul 2021-ci il tarixində 60-70 saturasiya ilə Yeni klinika tibb müəssisəsinə daxil olub:

“Döş qəfəsi komputer tomoqrafiyasının nəticələrinə əsasən onda koronavirus ağırlaşması, ikitərəfli poliseqmentar multifokal pnevmoniya təsdiqlənib. Bütün səylərə baxmayaraq, COVİD ağırlaşmalarından biri olan sepsis və septik şok inkişaf edib. Böyrək çatışmazlığı yaranıb”.

O, təəssüflə Xalq artistinin həyatını xilas etməyin mümkün olmadığını qeyd edib.