TƏBİB əməkdaşları arasında koronavirusdan vəfat edən yoxdur – AÇIQLAMAbackend

TƏBİB əməkdaşları arasında koronavirusdan vəfat edən yoxdur – AÇIQLAMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Pandemiya ilə mübarizədə yaxından iştirak edən qurumlardan biri də “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi”dir (TƏBİB).

Qurum əməkdaşları pandemiya dövründə mütəmadi olaraq ölkədəki vəziyyət və karantin rejimi ilə bağlı məlumatların cəmiyyətə çatdırılmasında da yaxından iştirak ediblər.

Bəs görəsən əhalini virusdan qorunmağa çalışan qurumun əməkdaşları arasında COVID-19 infeksiyasının qurbanı olan varmı?

NOCOMMENT xəbər verir ki, TƏBİB-dən oxu.az-ın sorğusuna cavab olaraq bildirilib ki, vaksinasiya strategiyasına uyğun olaraq TƏBİB əməkdaşları ilk vaksin olunanlar sırasındadırlar: “Bu günə kimi TƏBİB əməkdaşlarının 91%-i vaksin olunublar. Əməkdaşlar arasında koronavirus səbəbindən vəfat edən yoxdur”.

Qeyd edək ki, bu günə qədər ölkədə koronavirus infeksiyasından vəfat edən tibb işçiləri olub. Onların əksəriyyəti birbaşa TƏBİB-də çalışmasalar da, qurumun tabeliyində olan tibb müəssisələrində çalışıblar.