TƏBİB evdə müalicə ilə bağlı açıqlama verdibackend

TƏBİB evdə müalicə ilə bağlı açıqlama verdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Dünya təcrübəsinə baxarsaq bəzi şəxslər tam sağaldıqdan sonra onlarda virusun genetik material qaldığından pozitivlik aşkar oluna bilər, amma bu yoluxdurucu sayılmır”.

NOCOMMENT.az xəbər verir ki, bu fikirləri Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Xəstəliklərin kontrolu və profilaktikası şöbəsinin müdiri Yaqut Qarayeva Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində deyib.

TƏBİB rəsmisinin sözlərinə görə evdə koronavirus xəstəsi olan şəxs varsa və digərləri də özlərini müəyyən müddətdə izolyasiya edibsə, o, artıq yoluxucu sayılmır. O “Xəstəliyi keçirən şəxsdə immunitet yaranır. O izolyasiya dövrünü bitirəndən sonra işə çıxa bilər. İzolyasiya dövrü bitəndən sonra idarə tərəfindən yenidən analiz nəticəsini tələb etməsi düzgün deyil”- fikirlərini əlavə edib.