TƏBİB Göyçaydakı zəhərlənmə barədə məlumat verdibackend

TƏBİB Göyçaydakı zəhərlənmə barədə məlumat verdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” (TƏBİB) Göyçay rayonunda baş vermiş kütləvi zəhərlənmə ilə bağlı açıqlama yayıb.

TƏBİB-dən NOCOMMENT-ə bildirilib ki, 19 aprel saat 00:49-da 10 nəfər (10 kişi) alimentar qastrit diaqnozu ilə Göyçay Rayon Mərkəzi Xəstəxanasının Təcili Tibbi Yardım bölməsinə daxil olub.

“Həkim heyəti tərəfindən vətəndaşlara ilkin zəruri tibbi yardım göstərilib və vəziyyətləri stabil olduğu üçün ambulator müalicə üçün buraxılıblar”, – deyə məlumatda qeyd olunub.