TƏBİB-in daha bir müəssisəsində qanunsuzluqlarla bağlı cinayət işi başlanıbbackend

TƏBİB-in daha bir müəssisəsində qanunsuzluqlarla bağlı cinayət işi başlanıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

TƏBİB tabeliyində fəaliyyət göstərən Mingəçevir Şəhər Mərkəzi Xəstəxanası PHŞ-nin vəzifəli şəxslərinə cinayət işi açılıb.

“Mingəçevir şəhər Mərkəzi Xəstəxanası” Publik Hüquqi Şəxsində baş verən qanunsuzluqlar barədə daxil olmuş vətəndaş müraciəti əsasında şəhər prokurorluğunda araşdırma aparılıb.

NOCOMMENT.az xəbər verir ki, Baş Prokurorluqdan verilən məlumata görə, xəstəxanada aparılan yoxlamalar zamanı 2021-2023-cü illərdə rəhbər şəxslərin əlbir olaraq külli miqdarda büdcə vəsaitini mənimsəməsi üzə çıxıb.

Araşdırma zamanı qeyd olunan tibb müəssisəsinin 2021-ci ilin yanvar ayından 2023-cü ilin oktyabr ayınadək olan dövr ərzində maliyyə-təsərrüfat fəaliyyəti yoxlanılarkən Publik Hüquqi Şəxsin vəzifəli şəxs(lər)i tərəfindən vəzifə səlahiyyətlərindən sui-istifadə edərək dövlət büdcəsindən ayrılmış 50 min manatdan artıq məbləğdə pul vəsaitinin mənimsənilməsinə əsaslı şübhələr müəyyən edilib.

Hazırda ibtidai istintaq davam edir.

Faktla bağlı Mingəçevir Şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 179.3.2-ci (Külli miqdarda mənimsəmə) və 308.1-ci (Vəzifə səlahiyyətlərindən sui istifadə) maddələri ilə cinayat işi açılıb.

Araşdırmalar davam etdirilir.