TƏBİB-in gələn il üçün hədəfləri açıqlanıbbackend

TƏBİB-in gələn il üçün hədəfləri açıqlanıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

TƏBİB-in 2023-cü ildə qarşıya qoyduğu hədəflər açıqlanıb.

NOCOMMENT-in xəbərinə görə, bu barədə qurumun icraçı direktoru Vüqar Qurbanov “TƏBİB Tibdə müasir keyfiyyət mərhələsi: real perspektivlər gələcəyə baxış” adlı hesabat konfransında məlumat verib.

Onun sözlərinə görə, ana və uşaq sağlamlığını inkişaf etdirmək, bununla bağlı neqativ halları azaltmaq gələn il üçün əsas hədəflərdəndir.

V.Qurbanov bildirib ki, həmçinin vətəndaşların tibbi xidmətlərdən məmnunluq səviyyəsini və xidmətlərin əlçatanlığını artırmaq, tibbi ərazi bölmələrinin mərkəzlərində regional çoxprofilli xəstəxanaların qurulması, tibb müəssisələrinin dərman təchizatını yaxşılaşdırmaq və müasir tibbi avadanlıqlar ilə təmin etmək, tibb müəssisələrində istifadə edilən xəstəxana informasiya sisteminin və digər elektron xidmətlərin istifadəsini təkmilləşdirmək qarşıya qoyulan məqsədlərdir: “Eyni zamanda Beynəlxalq əlaqələri və tibbi turizmi (TƏBİB tabeliyində olan tibb müəssisələrində göstərilən tibbi xidmətlərdən xarici vətəndaşların yararlanması) inkişaf etdirmək, tibbi xidmətlərin göstərilməsində həssas əhali qrupuna (qazi, şəhid ailəsi, əlillər) diqqəti daha da artırmaq, xəstəliklərin daha erkən aşkarlanması məqsədi ilə profilaktik xidmətləri inkişaf etdirmək, ölüm səbəbləri arasında əsas yer alan xəstəliklərin (qan dövranı sistemi xəstəlikləri, bədxassəli törəmələr, sinir, endokrin, tənəffüs sistemi xəstəlikləri və s.) qarşısının alınması, erkən aşkarlanması və müalicəsinə yönəlmiş kompleks tədbirlər 2023-cü ildə nəzərdə tutulan işlərdəndir”.

İcraçı direktor əlavə edib ki, 2023-cü ildə TƏBİB-ə tabeli tibb müəssisələrinin yüksək kvalifikasiyalı kadrlar ilə təmin edilməsi planlaşdırılır: “Növbəti illərdə əhalinin ixtisaslaşdırılmış tibbi xidmətə əlçatanlıq səviyyəsinin artırılması, paytaxtda ölkə üzrə ixtisaslaşdırılmış tibbi xidmətin koordinasiyasını həyata keçirən tibb müəssisələrinin yaradılması, mövcud müəssisələrin fəaliyyətinin təkmilləşdirilməsi, tabeli müəssisələrdə reabilitasiya xidmətlərinin gücləndirilməsi, həkim və orta tibb personalının nəzəri bilik və praktiki bacarıqlarının təkmilləşdiriməsi, TƏBİB-ə tabeli tibb müəssisələrinin xarici ölkələrin aparıcı klinikaları ilə əməkdaşlığının təmin edilməsi proqnozlaşdırılır”./report