TƏBİB-in tabeliyindəki “Rəqəmsal Tibbi Həllər” MMC xidməti minik avtomobil alır.
NOCOMMENT.az xəbər verir ki, “ölkə.az”ın məlumatına görə, şirkət “Auto Azərbaycan” MMC ilə xidməti müqavilə imzalayıb.
Xidməti avtomobil ilə bağlı MMC-yə 84 min 900 manat ödəniş ediləcək.
Qeyd edək ki, “Auto Azərbaycan” MMC ölkəmizdə “Hyundai” avtomobil markasının rəsmi distribütorudur.