TƏBİB-in xanım işçisi keçmiş əri tərəfindən bıçaqlandı – Cinayət işi açıldıbackend

TƏBİB-in xanım işçisi keçmiş əri tərəfindən bıçaqlandı – Cinayət işi açıldı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Şirvan şəhər sakini 1986-cı il təvəllüdlü Lamiyə Qanbayevanın bıçaqlanması hadisəsi ilə bağlı cinayət işi açılıb.

Bu barədə NOCOMMENT.az  Şirvan şəhər prokurorluğundan məlumat verilib.

Bildirilib ki, aparılmış araşdırma zamanı 1988-ci il Tural Qanbayevin kəsici-deşici alətlə xəsarətlər yetirməklə Lamiyə Qanbayevanı qəsdən öldürməyə cəhd etməsinə əsaslı şübhələr müəyyən edilib.

T.Qanbayev hadisədən sonra sirkə turşusu içərək özünü öldürməyə cəhd edib, hazırda xəstəxanada stasionar müalicəsi davam edir, vəziyyəti ağırdır.

Faktla bağlı Şirvan şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 29,120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanıb.

İbtidai istintaq davam etdirilir.