TƏBİB: Karantin rejiminin nəticəsi özünü göstərirbackend

TƏBİB: Karantin rejiminin nəticəsi özünü göstərir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Karantin rejiminin nəticə verməməsi söhbəti düzgün deyil. Çünki nəticə özünü göstərir”.

NOCOMMENT.az xəbər verir ki, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Xəstəliklərin kontrolu və profilaktikası şöbəsinin müdiri Yaqut Qarayeva Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində deyib.

O bildirib ki, yoluxma sayı 500-ün üzərində olsa da, say stabilləşib.

Y.Qarayeva əlavə edib ki, TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı iş başındadır: “O REACT layihəsi çərçivəsində işlərlə ciddi məşğuldur. Tibb müəssisələrinə monitorinqlər həyata keçirilir və o, şəxsən özü bu işə nəzarət edir”.