TƏBİB-lə bağlı 24 min manatlıq dələduzluqbackend

TƏBİB-lə bağlı 24 min manatlıq dələduzluq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Tibbi Ərazi Bölmələrini İdarətetmə Birliyinə (TƏBİB) işə düzəltmək adı ilə vətəndaşlara qarşı dələduzluq etməkdə təqsirləndirilən şəxsə hökm oxunub.

NOCOMMENT.az qaynarinfo-ya istinadən xəbər verir ki, Saatlı Rayon Məhkəməsində Cinayət Məcəlləsinin 178.2.2 (Dələduzluq – təkrar törədildikdə) və 178.2.4-cü (Dələduzluq – xeyli miqdarda ziyan vurmaqla törədildikdə) maddələri ilə mühakimə olunan Cavid adlı təqsirləndirilən şəxs 3 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

İş materiallarından məlum olur ki, o, iki nəfəri TƏBİB-ə sürücü kimi işə düəzldəcəyini vəd edib. Bunun müqabilində onların hərəsindən 12 000 manat pul alıb. Bundan başqa, o, bir nəfəri də həbsdən azad etdirəcəyini vəd edərək buna görə 4000 manat pul alıb.

Cavid sonradan vəd verdiyi etdiyi şəxslərdən yayınmağa başlayıb. Zərərçəkmişlər aldadıldıqlarını anlayaraq hüquq-mühafizə orqanlarına müraciət edib.

Cavid saxlanıldıqdan sonra ona müvafiq maddələrlə ittiham elan edilib. Həmçinin məhkəmənin qərarı barəsində həbs qətimkan tədbiri seçilib.

Məhkəmə zamanı Cavid verilmiş ittiham üzrə özünü qismən təqsirli bilib.