TƏBİB: Omikron ştamı öldürücü deyilbackend

TƏBİB: Omikron ştamı öldürücü deyil

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“COVID-19 virusunun növləri arasında “Omicron” ştamı yoluxma xüsusiyyətinə görə liderdir. Bu ştam çox sürətlə yayılır və qısa müddətdə epidemik alovlanma yarada bilir”.

NOCOMMENT xəbər verir ki, bunu modern.az-a açıqlamasında Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Elmi-Tətqiqat Tibbi Profilaktika İnstitutunun direktor müavini Akif Qurbanov bildirib.

Onun sözlərinə görə, yeni ştamın törətdiyi xəstəlik ağır gedişə malik deyil: “Bu ştamda ölüm halları müəyyən qədər azdır. Amma daha çox yoluxdurucu olduğuna görə Avropa ölkələri artıq yenidən qapanmalara başlayıb. Əvvəldə demişdik ki, Azərbaycan dünyanın bir hissəsidir və heç yerdən təcrid olunmayıb. Əgər qonşu dövlətlərdə bu ştam aşkarlanıbsa, nə vaxtsa Azərbaycana da gələcək. Sadəcə vaxt məsələsi var idi”.

A.Qurbanov bildirib ki, kiçik yaşlı uşaqların orqanizimləri virusa qarşı daha həssasdır: “Xəstələnib sağalan, bəlli yaşda olan insanlara bunu şamil etmək olmaz. Onların bədənində virusa qarşı immunitet yaranıb. Təkrar xəstəlik adətən yüngül gedişə malik olur. Yaxud da, peyvənd olunan şəxslər xəstəliyə yoluxduqda, yüngül keçirəcəklər”.

Direktor müavini qeyd edib ki, Omikron ştamı nisbətən yüngül gedişə malik olduğu üçün onu qripdən fərqləndirmək bir qədər çətindir: “Xəstənin COVID-19 virusu olub-olmadığını xüsusi testlərlə bilmək mümkündür. Amma xətələndirən virusun COVID-19-un hansı variant olmasının klinik cəhətdən bilməyin elə bir əhəmiyyəti yoxdur. Yəni, koronavirusa yoluxduğunu bilmək yetərlidir”.