TƏBİB qrip əleyhinə hansı vaksindən istifadə ediləcəyini açıqladıbackend

TƏBİB qrip əleyhinə hansı vaksindən istifadə ediləcəyini açıqladı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Payız-qış mövsümündə 4 valentli qrip əleyhinə vaksinlərdən istifadə olunacaq”.

NOCOMMENT.az xəbər verir ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyəti yanında tibbi-elmi komitənin sədri Akif Qurbanov bu barədə məlumat verib.

O qeyd edib ki, vaksinlər qripə qarşı immuniteti olmaları üçün sağlam insanlara vurulur: “Vaksinlər sınanmış və zərərsizdir. Bunun da, ilk növbədə, risk qrupuna aid şəxslərə vurulması nəzərdə tutulur. Bu da koronavirusa qarşı onların immun sistemini gücləndirməyə şərait yaradacaq”.