“Altıaylıq, birillik kursları bitirib tibb bacısı kimi fəaliyyət göstərən şəxslərlə bağlı ciddi islahatlar həyata keçirilir”.
Bu fikirləri TƏBİB-in icraçı direktoru Vüqar Qurbanov “Xəzər Xəbər”ə müsahibəsində bildirib.
NOCOMMENT.az xezerxeber.az-a istinadən xəbər verir ki, Vüqar Qurbanov stomatoloqlarla bağlı gündəm olan məsələyə də aydınlıq gətirib.
TƏBİB-in icraçı direktoru həmçinin bildirib ki, Respublika Perinatal Mərkəzinin təmiri və yenidənqurması ilə bağlı layihələr artıq təsdiqlənib.
Vüqar Qurbanov yaxın vaxtlarda bütün avadanlıqlar təchiz olunmuş Fizioterapiya və Reabilitasiya Mərkəzinin fəaliyyətə başlayacağını açıqlayıb.
Xezerxeber.az mövzu ilə bağlı videomaterialı təqdim edir.