TƏBİB rəsmisi: Hər birimiz karantin rejimindən yorulmuşuqbackend

TƏBİB rəsmisi: Hər birimiz karantin rejimindən yorulmuşuq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Dünən Azərbaycan üzrə statistika pozitiv olub. Hər gün yoluxanların sayı sağalanların sayından az olur”.

NOCOMMENT.az xəbər verir ki, bu fikirləri Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) xəstəliklərin profilaktikası və kontrolu şöbəsinin müdiri Yaqut Qarayeva Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində çıxışı zamanı deyib.

Onun sözlərinə görə, yümşalmaya gedilir: “Biz problemə gözümüzü yummaqla bu problem həll olunmayacaq. Bu gün bütün dünya yeni dalğaya hazırlaşır. Biz də hazırlaşırıq. Hər şey bizim özümüzdən asılıdır. Bəzi qapalı məkanlar açılır. Biz qapalı yerlərdə qaydalara ciddi riayət etməliyik. Çox sıxlıq olan yerlərə üz tutmayaq.

Çalışaq eyni yerlərdə və istqiqamətlərdə toplaşmayaq. Bu, çox önəmlidir. Hər birimiz karantin rejimindən yorulmuşuq”.