TƏBİB şəhid qızının xəstəxanada qızılcaya yoluxması iddiasına CAVAB VERDİbackend

TƏBİB şəhid qızının xəstəxanada qızılcaya yoluxması iddiasına CAVAB VERDİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin sədri Sevinc Orucova Aprel şəhidi Rahim Tağıyevin övladı Ülkər Tağızadənin iki həftə əvvəl hepatit A diaqnozu ilə Mingəçevirdən Bakıda yerləşən 1 saylı Kliniki Tibbi Mərkəzin infeksion xəstələr şöbəsinə yerləşdirildiyini və oarada qızılcaya yoluxduğunu söyləyib.

S.Orucova TƏBİB və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyini problemlə bağlı açıqlama verməyə çağırıb.

NOCOMMENT bildirir ki, Modern.az məsələni aydınlaşdırmaq məqsədilə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinə (TƏBİB) müraciət edib.

“Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin sədri Sevinc Orucova Aprel şəhidi Rahim Tağıyevin övladı Ülkər Tağızadənin iki həftə əvvəl hepatit A diaqnozu ilə Mingəçevirdən Bakıda yerləşən 1 saylı Kliniki Tibbi Mərkəzin infeksion xəstələr şöbəsinə yerləşdirildiyini və oarada qızılcaya yoluxduğunu söyləyib.

S.Orucova TƏBİB və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyini problemlə bağlı açıqlama verməyə çağırıb.

Modern.az məsələni aydınlaşdırmaq məqsədilə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinə (TƏBİB) müraciət edib.

TƏBİB-in İctimaiyyətlə əlaqələr və marketinq departamentinin rəhbəri Zamirə Adilova saytımızın sorğusuna cavab olaraq deyib:

“Məsələ ilə bağlı araşdırma gedir. İddiaların nə qədər doğru olduğu araşdırılmalıdır. Araşdırmanın yekunu olaraq ictimaiyyətə məlumat veriləcək. Qaldı ki, qızılca xəstəliyinin inkubasiya dövrü 21 gündür. Yəni bunu dəqiq demək olmaz ki, sözügedən şəxs xəstəxanada yoluxub. Bəlkə heç xəstəxanaya gəlməmiş qızılcaya yoluxubmuş”.