TƏBİB: Təxliyə olunanların 30 faizində koronavirus aşkarlandıbackend

TƏBİB: Təxliyə olunanların 30 faizində koronavirus aşkarlandı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Ağırlaşan və ölümlə nəticələnən faktların çoxu evdə özlərini müalicə etmək istəyənlərlə əlaqəlidir”.

NOCOMMENT.az xəbər verir ki, bunu “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi”nin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində çıxışı zamanı deyib.

R.Bayramlı qeyd edib ki, evdə özünü müalicəyə cəhdin qarşısı mütləq alınmalıdır.

Onun sözlərinə görə, bu gün ölkədə 1 139 nəfər karantindədir: TƏBİB sədri qeyd edib ki, xaricdən gələnlər arasında virusa yoluxanların sayı 20 faizin üstündədir.

“Bu həftə 662 vətəndaş xaricdən gəlib. Bir reysdə gələn şəxslər arasında yoluxma 30 faiz təşkil edib”.