TƏBİB: Uşaqlar arasında yayılan xəstəlik mövsümi xəstəlikdirbackend

TƏBİB: Uşaqlar arasında yayılan xəstəlik mövsümi xəstəlikdir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Təəssüf ki, bəzi həkimlərin verdiyi məlumatlar həqiqəti əks etdirmir. Delta ştamının aşkar olunması və dominant olması barədə elan verilmişdi”.

NOCOMMENT xəbər verir ki, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Xəstəliklərin profilaktikası və kontrolu departamentinin müdiri Yaqut Qarayeva Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində deyib.

Onun sözlərinə görə, ölkədə Delta ştamının aşkar edilə bilməməsi barədə səsləndirilən fikirlər yalnışdır: “Bununla bağlı bütün imkanlarımız var”.

Y.Qarayeva bildirib ki, uşaqlar arasında yayılan xəstəlik mövsümi xəstəlikdir: “Simptomlar hər zaman olub. Burada respirator virus infeksiyaları rol oynayır. Əgər uşaqlarda koronavirus olsa, bunu testlər vasitəsilə müəyyənləşdirmək mümkündür”.