Təbii fəlakətlər 2025-ci ilin birinci yarısında qlobal iqtisadiyyata 131 milyard ABŞ dolları həcmində ziyan vurub.
NOCOMMENT.az report-a istinadən xəbər verir ki, bu barədə Almaniyanın “Munich Re” təkrar sığorta şirkətinin açıqladığı hesabatda deyilir.
Ümumi itkilərin təxminən 80 milyard dolları sığortalanıb. Bu, “Munich Re”nin 1980-ci ildə statistika aparmağa başlamasından bəri ilin birinci yarısında sığortalanmış zərərlər üzrə ikinci ən yüksək göstəricidir. Daha yüksək səviyyə yalnız Yaponiyada dağıdıcı zəlzələnin və sunamilərin olduğu 2011-ci ilin birinci yarısında qeydə alınıb.
Məlumata görə, meteoroloji fəlakətlər ümumi itkilərin 88 faizini, sığortalananların isə 98 faizini təşkil edib. Zəlzələlər müvafiq olaraq 12 faiz və 2 faiz təşkil edib.