Qərb mətbuatı xəbər verir ki, ABŞ-ın İrana hərbi zərbələr endirməsi növbəti 24 saat ərzində mümkün ola bilər.
NOCOMMENT.az-ın məlumatına görə, iki Avropa rəsminin bildirdiyinə görə, ABŞ-ın İrana hərbi müdaxiləsi indi real görünür.
Eyni zamanda, ABŞ-ın Səudiyyə Ərəbistanındakı səfirliyi ölkədə olan vətəndaşlarına Yaxın Şərqdəki hərbi obyektləri ziyarət etməmək barədə çağırış edib.
Səfirliyin açıqlamasında bu tədbirin “regionda davam edən gərginlik”lə əlaqəli olduğu və diplomatik heyət üzvlərinə də aid olduğu vurğulanıb.













