Təcili atəşkəs elan olunmalı – Humanitar yardım artırılmalıdırbackend

Təcili atəşkəs elan olunmalı – Humanitar yardım artırılmalıdır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ-nin vitse-prezidenti Kamala Harris Qəzza zolağında təcili atəşkəs elan olunması və humanitar yardımın həcminin artırılması ilə bağlı çağırış edib.

NOCOMMENT.az xəbər verir ki, vitse-prezident bu barədə Alabama ştatında çıxışında deyib. O, Qəzza zolağındakı çətin vəziyyəti nəzərə alaraq, ən azından növbəti altı həftə ərzində atəşkəs elan edilməli olduğunu bildirib. Harrisin sözlərinə görə, HƏMAS atəşkəs istədiyini iddia edib.

“Danışıqlar masasında razılaşma var. Artıq dediyimiz kimi, HƏMAS bununla razı olmaldır. Gəlin, atəşkəsə nail olaq, girovları ailələri ilə qovuşduraq. Gəlin, dərhal Qəzza əhalisinə yardım göstərək”, – deyə o qeyd edib.

Harris həmçinin, Qəzza zolağına daxil olan yardımın yetərli olmadığını bildirib və İsrail hökumətini Qəzza zolağına humanitar yardım axınını artırmağa çağırıb.