Gevorq Sudjyan, David Davtyan, Vigen Eulcekdzyan və Vaqif Xaçatryan Azərbaycan tərəfinin müvafiq qurumları tərəfindən erməni tərəfinin nümayəndələrinə təhvil verilib və hazırda Ermənistan ərazisindədirlər.
NOCOMMENT.az xəbər verir ki, bunubErmənistanın Baş naziri Nikol Paşinyan deyib.
Ermənistan Milli Təhlükəsizlik Xidməti (MTX) bildirib ki, saxlanılan ermənilərin Azərbaycan tərəfindən təhvil verilməsi Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında sülhün bərqərar olunmasının nəticəsidir.
▪️ Vigen Eulcekdzyan 2020-ci ilin noyabrında saxlanılıb və 2021-ci ildə terrorçuluq və muzdluluq ittihamları ilə 20 il müddətinə azadlıqdan məhrum edilib.
▪️ David Davtyan və Gevorq Sudjyan 2021-ci ildə saxlanılıb və casusluq, qanunsuz silah saxlama, dövlət sərhədini qanunsuz keçmə ittihamları ilə 15 il azadlıqdan məhrum ediliblər. Onların ilk 5 ili həbsxanada, qalan müddəti isə ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkmələri nəzərdə tutulmuşdu.
▪️ Vaqif Xaçatryan 2023-cü ildə saxlanılıb. O, Birinci Qarabağ müharibəsi illərində Xocalı rayonunun Meşəli kəndində törədilmiş soyqırımda iştirakda ittiham olunaraq 15 il müddətinə azadlıqdan məhrum edilib.









