Təcili: Binada lift qırıldıbackend

Təcili: Binada lift qırıldı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Xətai rayonu Seyid Əzim Şirvani küçəsi, 23/19 “Hidayət” MTK-aya məxsus çoxmərtəbəli binada lift qırılıb.

NOCOMMENT xəbər verir ki, bu barədə teleqraf-a bina sakinləri məlumat veriblər.

Sakinlərin sözlərinə görə, hadisə baş verən zaman xoşbəxtlikdən liftdə heç kim olmayıb.

Mənzil sahibləri deyirlər ki, liftin deformasiyaya uğraması ilə bağlı dəfələrlə MTK rəhbəri Venera Rüstəmovaya müraciət ediblər: “8 ildir ki, hər gün liftin təcili dəyişməsi ilə bağlı MTK-ya müraciətlər etmişik. Cavabları belə olub – “dəyişdirmirəm, xoşunuz gəlmirsə, satın gedin”.

16 mərtəbəli, üçbloklu binada təxminən 1000 nəfər yaşayır. Çoxu körpə uşaqlardır. Aidiyyəti qurumlardan xahiş edirik ki, körpə uşaqların həyatını xilas etsin”.