Təcili eniş edən AZAL təyyarəsi yenidən yola düşdübackend

Təcili eniş edən AZAL təyyarəsi yenidən yola düşdü

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan Hava Yolları QSC-nin (AZAL) J2 8103 nömrəli Bakı-İstanbul (Sabiha Gökçen hava limanı) reysini yerinə yetirən hava gəmisinin kapitanı təyinat məntəqəsində əlverişsiz hava şəraiti səbəbindən Ankaradakı beynəlxalq hava limanına enmək qərarına gəlib.

NOCOMMENT.az xəbər verir ki, məlumatı AZAL yayıb.

Bildirilib ki, təyyarə yerli vaxtla saat 10:39-da Ankarada eniş edib. Sabiha Gökçen hava limanı ətrafında hava şəraiti yaxşılaşdıqdan sonra təyyarə İstanbula yola düşəcək.

***

AZAL-ın Bakı-İstanbul reysini yerinə yetirən təyyarəsi Bakı vaxtı ilə saat 11:56-da Ankara şəhərindən Sabiha Gökçen Hava Limanına yola düşüb.

Bu barədə AZAL məlumat yayıb.