İsrail Baş naziri Binyamin Netanyahu ölkəsinin istənilən mümkün ssenariyə hazır olduğunu bəyan edib.
NOCOMMENT.az xəbər verir ki, Netanyahu bu fikirləri Knessetdə keçirilən iclas zamanı səsləndirib:
“Biz ayıq-sayıq vəziyyətdəyik və istənilən ssenariyə hazırıq. Bizə hücum edən hər kəs dözülməz nəticələrlə üzləşəcək”.
Qeyd edək ki, bu açıqlama regionda, xüsusilə də İran ətrafında gərginliyin artdığı bir vaxta təsadüf edir.
Netanyahunun bəyanatı Yaxın Şərqdə təhlükəsizlik vəziyyətinin daha da mürəkkəbləşdiyini göstərir və mümkün eskalasiya ilə bağlı narahatlıqları artırır.
Sara













